“Statoyl” Azərbaycanı tərk edir?

Norveçin dövlət neft-qaz konserninin direktorlar şurası səhmdarları bu təklifə səs verməməyə çağırıb

Norveçin dövlət neft-qaz konserni “Statoyl”un səhmdarları şirkətin Azərbaycanda, Anqolada, Arktikada və Kanadada fəaliyyətinin dayandırılması ilə bağlı təkliflə çıxış ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumat şirkət səhmdlarlarının mayın 14-də Norveçin Stavanger şəhərində keçiriləcək illik yığıncağının dərc edilmiş gündəliyində verilib.

Səhmdarların biri tərəfindən verilmiş təklifdə deyilir ki, sözügedən layihələrdən azad olunmuş vəsaitləri Norveçdə bərpa olunan enerji mənbələrinə tətbiq etmək lazımdır.

Lakin “Statoyl”un direktorlar şurası səhmdarları bu təklifə səs verməməyə çağırıb. Və bu da başadüşüləndir. Bərpa olunan alternativ enerji karbohidrogen enerjidən qat-qat baha başa gəlir və səmərəsizdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar