Prezidentliyə namizədlərin dördüncü debatı oldu- VİDEO

Cəmil Həsənli İlham Əliyevi debata çağırdı

Milli Şuranın namizədi Cəmil Həsənli bildirib ki, indiyədək keçirilən üç debatdan sonra repressiyalar başlayıb. O, xatırladıb ki, AXCP sədri Əli Kərimlinin oğlu həbs edilib, Demokratik Qüvvələrin Milli Şurasından prezidentliyə vahid namizəd Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəri Oqtay Gülalıyevin oğlu bıçaqlanıb: “Bu hakimiyyətin 6 dəqiqəlik gücü yoxdur. Hanı İlham Əliyev? Ona suallar vermişik. Niyə onlara cavab vermir?”

Cəmil Həsənli Dağlıq Qarabağ münaqişəsindən də danışıb: “İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 10 ildə nə edib? YAP hakimiyyəti 20 ildə 20 metr torpaq azad edə bilməməyib. İlham Əliyev neçə dəfə Ermənistan prezidenti ilə görüşüb? 10 ildə 10 metr torpaq azad edə bilməyən adam üçüncü dəfə prezident seçilə bilməz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar