“Avropanın 2022-ci il iqtisadi-siyasi xəritəsi artıq məlumdur”

AzPolitika.info-ya eksklüziv açıqlamasında Latviyanın “Xalqın razılığı” Partiyasının nümayəndəsi Nil Uşakov Ukraynanın böhrandan sonra Avropa İttifaqına daxil olub-olmayacağı ilə bağlı məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Avropanın 2022-ci ilin iqtisadi-siyasi xəritəsi artıq məlumdur və həmin xəritədə Ukrayna Aİ-nin üzvü kimi göstərilir:

“Bundan əlavə xəritədə Fransa və Almaniyanın yaradacaqları bir birlikdə birləşmələri və həmin birliyə Angela Merkelin rəhbərlik edəcəyi də bildirilir. Angela Merkel 2022 ci ilin “Dəmir imperatrisası” kimi təqdim edilir. Xəritədə göstərildiyi kimi bir sıra avropa ölkələri yüksək inkişaf edəcək - Almaniya, Fransa, İtaliya və Polşa inkişafa döğru böyük addımlar atacaqlar. İsveçrə dünya bankına çevriləcək. Lakin Ukrayna 2022-ci ildə Aİ-nın tərkibində göstərilsə də, hansı statusa malik olacağı verilməyib”.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar