“Qorxaq hərbçilər məhkəmə qarşısına çıxarılacaq” - Turçinov

Aprelin 16-da Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında silahlarını separatçılara təhvil verən hərbçilər məhkəmə qarşısına çıxarılacaq.

APA-nın “Ukrainskaya pravda” saytına istinadən yaydığı xəbərə görə, bunu Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib.

“Mən sizə məlumat vermək istəyirəm ki, əsgərləri qorxaqlıq nümayiş etdirən və silahlarını təhvil verən 25-ci Dnepropetrovsk əlahiddə hava-desant briqadası ləğv ediləcək. Bu işdə günahı olan hərbçilər isə məhkəmə qarşısında cavab verəcək”, - deyə A. Turçinov söyləyib. O, artıq Müdafiə Nazirliyinə və Baş Prokurorluğa müvafiq tapşırıqlar verildiyini açıqlayıb.

A. Turçinov aprelin 17-nə keçən gecə Mariupol şəhərindəki hərbi hissənin silahlı quldurlar tərəfindən hücuma məruz qalması barədə də danışıb: “Avtomat silahlar, qumbaralar və içində yandırıcı maye olan şüşələrdən istifadə edərək üç dəfə hücuma keçən cinayətkarlara qarşı əks-hücum təşkil edilib. Nəticədə 3 cinayətkar ölüb, 13-ü yaralanıb, 63-ü sağ ələ keçirilib. Digərləri qaçıblar və hazırda milis tərəfindən təqib olunurlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar