“AB üzvlüyü Ukraynaya baha başa gələcək" - Gürcü politoloq

 “Baltikyani ölkələrdə artıq ölü şəhərlər meydana gəlir”

“Hansı hakimiyyət öz tarixi ərazilərini geri qaytarmaq istəməz?” Bunu AzPolitika.info-ya açıqlamasında Gürcüstanın “İverili” Qloballaşma Əleyhinə Mərkəzinin sədri, politoloq Zviad İremadze Krımın işğalı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə Krım Ukrayna ərazisi deyil: “Krımı Xruşşov Ukraynaya bağışlayıb. Ona qədər isə Krım Rusiya ərazisi olub. Kiyev Avropa ittifaqına üstünlük verir və bu ona baha başa gələcək. Bir müddətdən sonra bunun onlara nəyə başa gəldiyini özləri də görəcək, digərləri də. Hami biləcək ki, Avropa İttifaqına üzv olan Baltikyani ölkələr artıq çoxdan əvvəlki ölkələr deyil. Onların iqtisadiyyatı günbəgün zəifləyir. İnsanlar oranı tərk edir. Baltikyani ölkələrdə artıq ölü şəhərlər meydana gəlir. Misal üçün Riqanı artıq ölü şəhər hesab etmək olar. Bu gün Riqada çox az adam yaşayır. Oranı hətta ruhlar ölkəsi adlandırırlar”.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar