Salyan QHT-nin rəhbəri həbs təhlükəsilə üzləşib

Salyan “Demokratiyaya yardım” QHT-nin üzvü Tofiq Qasımov çərşənbə günü 2 ay müddətinə həbs olunub. O, zorla pul tələb etməkdə ittiham olunur. T.Qasımov təzyiq altında bu QHT-nin rəhbəri, tanınmış vətəndaş cəmiyyəti fəalı Emil Məmmədova böhtan atıb.

Bu gün Salyan rayon polis şöbəsində T.Qasımov ilə E.Məmmədovun üzləşməsi olub. Bu barədə Turan-a E.Məmmədov məlumat verib. Onun sözlərinə görə, isterik durumda olan T.Qasımov ağlayaraq QHT rəhbərini onu bu işə “cəlb etməkdə” suşlayıb.

T.Qasımov bildirib ki, E.Məmmədovun göstərişi ilə rayon müəssisə rəhbərlərindən pul yığıb, onlar haqda İnternetdə çirkin materiallar yaymaqla şantaj edib.

E.Məmmədov T.Qasımovun hüquqlarını müdafiə etmək üçün müstəqil vəkil Əlayif Həsənovla danışıb. Lakin iki gün öncə T.Qasımov bildirib ki, ona vəkil lazım deyil. Sonradan polis onu Şirvan şəhərindən dövlət vəkili ilə təmin edib.

Qeyd edək ki, T.Qasımov aprelin 4-də kiçik xuliqanlıqda ittiham olunaraq 10 sutkalığa həbs edilib. Həbs müddətində onun yanına vəkil buraxılmayıb.

E.Məmmədov əmindir ki,T.Qasımov uydurma ittihamla həbs olunub və onun özünü həbs etmək üçün T.Qasımovdan istifadə edirlər.

Onun sözlərinə görə, istintaq 30-35 nəfərdən ifadə alıb. Guya T.Qasımov onlardan pul alıb. İfadələrdə E.Məmmədovun adı hallanmır, lakin T.Qasımov onun əleyhinə ifadə verir.

Üzləşmədən sonra E.Məmmədovu buraxıblar, lakin deyiblər ki, yenə çağıracaqlar.

Tanınmış vəkil Namizəd Səfərovun fikrincə, bir şahidin “əsassız ifadəsi”nə görə vətəndaşı məsuliyyətə cəlb etmək olmaz, çünki bu yolla istənilən adama böhtan atmaq olar.

İstintaq əsaslandırılmış məntiqi və faktoloji sübutlar təqdim etməlidir. Bura audio və videoyazılar, qanunzidd əməllərin törədilməsi barədə yazılı ifadələr və s. daxildir.

“Hətta T.Qasımovdan şikayət edən şəxslər onun E.Məmmədovun adından çıxış etdiyini söyləsələr belə bu, sübut hesab oluna bilməz”, - N.Səfərov vurğulayıb.

“Demokratiyaya yardım” QHT cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir. Qurumun rəhbəri E.Məmmədov dəfələrlə rayon hakimiyyəti strukturlarında korrupsiya faktlarını açıqlayıb, həmçinin yerli sakinlərn hüquqlarının müdafiəsinə qalxıb. QHT hasilat sənayesində vətəndaş nəzarəti şəbəkəsinin bir sıra layihələsində iştirak edib.Bütün bunlar hakimiyyəti çox qıcıqlandırıb və fəala qarşı təqib kampaniyası başlayıb. O, dövlət əleyhinə fəaliyyətdə ittiham olunur.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar