İsrailin keçmiş kəşfiyyat rəhbəri AzPolitika.info-ya açıqlama verdi

“Bu gün Çin ərazi ekspansiyalarında iddialı deyil”- Yakov Kedmi

“Bu gün Çin ərazi ekspansiyalarında iddialı deyil”. Bunu Azpolitika.info-ya eksklüziv açıqlamasında İsrailin keçmiş kəşfiyyat rəhbəri Yakov Kedmi NATO və Aİ-nin Almaniyanın əli ilə Çinlə Rusiya arasında müharibə qığılcımları səpməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Çin Rusiyaya qarşı ərazi iddiasında deyil: “Çünki Çinə hazırda bu lazım deyil. Xüsusən də, Şimal torpaqları olan Sibir, Uzaq Şərq və Tiva kimi ərazilər. Onun ABŞ-la qızışmaqda olan münaqişədə müttəfiqə ehtiyacı var. Ona görə hazırda Çinin Rusiya kimi strateji müttəfiqə ehtiyacı var. Avropada elə dairələr var ki, onlar Rusiya ilə hesablaşmaq üçün yollar axtarırlar. Çinin əsas təhlükəsi ABŞ-dır. Ona görə də, Çin məcburən Rusiya ilə bu yolda müttəfiqlik edir. Avropa kor-koranə şəkildə ABŞ-ın arxasınca addımladıqca, onun nəinki Çinin siyasətinə təsir etmə istəyi effektiv olmayacaq və nəticəsiz qalacaq, eyni zamanda Avropa dünya siyasətinə təsirini get-gedə itirir”.

Qeyd edək ki, yaxın günlərdə Angela Merkel Rusiyanın Sibir, Uzaq Şərq və Tiva ərazilərinin Çinə məxsus olduğunu göstərən xəritəni bu ölkənin rəhbərinə təqdim etmişdi.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar