Metropolitendə yeni təyinat

 “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nəsimi Paşayev təyin olunub. N.Paşayev ali təhsilini Türkiyədə alıb. 2000-ci ildən bəri “Bakıelektrikşəbəkə” ASC Mətbuat Xidmətində çalışıb.

Xatırladaq ki, bundan əvvəl qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Prezidentin digər sərəncamı ilə yeni qurumun sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar