Putin Ərdoğanla Krım tatarlarının durumunu müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Krımın Rusiyaya birləşdirilməsi fonunda tatarların vəziyyətini müzakirə edib. Musavat.com xəbər verir ki, məlumat Kremlin saytında yerləşdirilib.

Putin Ərdoğanla Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri, o cümlədən, enerji sahəsi ilə də bağlı danışıqlar aparıb.

Musavat.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Krım tatarlarının Ukraynadakı böhrandan müdafiəsinə böyük önəm verir.

Ankarada Krım türklərinin lideri Mustafa Cəmil Krımoğlu ilə görüşünü xatırladan Türkiyənin hökumət başçısı böhrakn tərəfləri arasında dialoq yaradılmasının vacibliyini vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar