LƏNKARANSKİNİN İSTİNTAQINDA ŞOK... -Yeni faktlar açıldı, həbslər var

Məşhur avtoritet Rövşən Lənkəranskinin İstanbulda qətlə yetirilməsi ilə bağlı bəzi detallar ortaya çıxıb.Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda aparılan istintaq çərçivəsində 2013-cü ildə törədilən bir cinayətin üstü açılıb.

İstintaq çərçivəsində oteldən çıxarkən gülləbaran edilən avtomobilin sürücüsü, iş adamı Tahir C. həbs edilib. Rövşənin oteldə Tahirlə görüşdüyünü və gizli bir toplantı keçirdiyini müəyyən edən polis Lənkəranskinin digər yaxın adamları - Hacıbaba T., A.N. və Z.İ.-nin şahid qismində ifadələrini alıb.

Ancaq şahidlərin ifadələri alınarkən Hacıbaba T.-nin 18 avqust 2013-cü ildə Baxçaşəhərdə azərbaycanlı iş adamı Əli Həmidovu öldürdüyü məlum olub. Qətlin sifarişinin isə Rövşən Lənkəranski tərəfindən verildiyi bildirilir.

Hacıbaba T-nin digər cinayətlərinin araşdırılması üçün türk polisi Rusiya xüsusi xidmət orqanları ilə əlaqə yaradıb.

Digər tərəfdən polis Rövşən Lənkəranskinin qatillərinin tapılması istiqamətində araşdırmaları davam etdirir. Son məlumatlara görə, Lənkəranskinin qətlinin sifarişi Moskvadan verilib. Şübhəlilər arasında Laşi Ş., Yuri P., Vasili H. və Nadir S. (Lotu Quli) adlı mafiya başçıları yer alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar