Polisə avtomobilləri qovmaq səlahiyyəti verildi

“Media forum” saytı xəbər verir ki, aprelin 18-də Milli Məclis “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi qəbul edib.

Dəyişikliyə görə, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat daxil olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə bağlı insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verməklə təqib edilə bilər.

Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırlma vasitələrindən istifadə oluna bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar