HESABLAMA PALATASI CAVİD QURBANOVU KİMİN SİFARİŞİLƏ "VURDU"?- Şok korrupsiya ittihamı

"İşlərin dəyərinin artıq hesablanması hallarına yol verilib"

Hesablama Palatası Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “Azəryolservis” ASC-də apardığı auditin nəticələrini açıqlayıb.

Belə ki, “Azəryolservis”də Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulması, o cümlədən Siyəzən və Qusar Yol İstismar İdarələrinə ayrılan vəsaitlərlə bağlı maliyyə nöqsanları, qanunvericiliyin tələblərinə uyğun olmayan vəsait xərclənmələri aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının bu gün Milli Məclisdə qəbul olunmuş hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, “Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulması” obyektinin layihə-smeta sənədlərində “Nəzərdə tutulmayan işlər və xərclər” üçün nəzərdə tutulan vəsait görüləcək işlərin siyahısı tərtib edilmədən birbaşa podratçı təşkilata ödənilib. Eyni zamanda keyfiyyət zəmanəti üzrə son məbləğ yerinə yetirilən tikinti-quraşdırma işlərinin texniki təminat müddətinə və müqavilə şərtlərinə əməl edilmədən podratçıya ödənilib. Körpünün tikintisi başa çatdırılıb istifadə olunsa da, müvafiq qaydada sınaqdan keçirilməyib və istismara qəbul edilməyib.

Qusar 7 saylı və Siyəzən 4 saylı Yol İstismar İdarələri tərəfindən qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilməyərək avtomobil yollarının saxlanılması və cari təmiri üzrə yerinə yetirilən işlərə görə tərtib olunan “İşlərin qəbulu haqqında Akt”lar müqavilə qiyməti ilə tərtib olunub, həmin aktlarda təmir aparılan obyektlərin adı və yerləşdiyi ünvanlar, həmçinin yerinə yetirilən işlərin müqavilə qiymətlərinə təsir edən göstəricilər tam göstərilməyib. Yollara və körpülərə mövsümi xidmət göstərilməsi ilə əlaqədar görülməyən bir sıra işlərin arayışa əlavə olunması nəticəsində işlərin dəyərinin artıq hesablanması hallarına yol verilib.

Auditin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilərək qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edilib, həmin qərar “Azəryolservis” ASC-yə göndərilib.

Qeyd edək ki,“Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovdur. Bu baxımdan Hesablama Palatasının onun rəhbərlik etdiyi sahədə ciddi qanunsuzluqlar aşkarlaması maraq doğurmaya bilməz. Ola bilsun bu hesabat Hesablama Palatasına Heydər Əsədovun rəhbərlik etdiyi dövrdə hazırlanııb. Belə ki, Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovla qudadır. Ziya Məmmədovla Cavid Qurbanov arasında münasibətlərin isə xeyli müddətdir gərgin olduğu bildirilir.

Bunun səbəbi kimi də Cavid Qurbanovun vaxtilə onun "əlindən tutub" yuxarı çəkən Ziya Məmmədovun yerinə iddia etməsi göstərilir. Nəqliyyat naziri bununla barışa bilmir.

Nəzərə alsaq ki, hesabatın parlamentə təqdim edən Hesablama Palatasının yeni sədri Vüqar Gülməmmədov da Heydər Əsədovun kadrıdır, uzun illər onon rəhbərliyi altında işləyib, Cavid Qurbanova qarşı ciddi ittihamların yer aldığı sənədi təsadüfü ortaya çıxmadığını söyləyə bilərik. Bunun qudaların sifarişi olduğu istisna deyil.

Hakim ailə ilə qohumluq əlaqlərinə malik Qurbanovun buna cavabının nə olağağını isə zaman göstərəcək.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar