Şirkət rəhbərini və anasını öldürən şəxs cəzasının azaldılmasını istəyir

Bakı Apelyasiya Məhkəməsində şirkət rəhbəri və onun anasını qətlə yetirməkdə təqsirli bilinən Ruhin Allahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Ruhin Allahverdiyevin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, R. Allahverdiyev Janna Hənifəyevna Məhərrəmova və onun oğlu, 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovu yaşadıqları evdə mübahisə zəminində qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Allahverdiyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R. Alllehverdiyev apellyasiya şikayəti verib. O, ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.

A. Məhərrəmov “Biznes Dialoq” konsaltinq xidmətləri şirkətinin rəhb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar