Zaqatalada reyd keçirilib, 50-dən çox sürücü saxlanılıb

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, Zaqatala Yol Polisi Şöbəsinin keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsiə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu sürücülər haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. Polis əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb.

İki saatdan artıq keçirilən reyd zamanı 50-a yaxın avtomobil saxlanılıb. Saxlanılan avtomobillərdə normadan artıq dəm qazı olan 6 avtomobilin sürücüsünə inzibati protokollar yazılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar