Hillari Klinton siyasi rəqibi Donald Trampı 5% üstələyir

Demokratlar Partiyasından ABŞ preizdentliyinə namizəd olan Hillari Klinton Respublikaçılar Partiyasından olan rəqibi Donald Tramp potensial səs sayında 5% üstələyir."Report" xəbər verir ki, bunu "Reuters" və "Ipsos" tərəfindən aparılan sorğunun nəticələri göstərir.

Məlumata görə, ictimai rəy sorğusunun nəticələri noyabrın 8-də keçiriləcək prezident seçkilərində potensial seçicilərdən 41%-nin H.Klintonu dəstəklədəyini nümayiş etdirib. Əvəzində D.Trampın bu baxımdan göstəricisi 36% təşkil edir.

Sorğu zamanı rəyi soruşulanların 23%-i bu namizədlərdən heç birinə səs verməyəcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar