Moskvada yanğında ölənlərin hamısı qadındır 

Moskvada anbarda yanğın nəticəsində ölən 17 nəfərin hamısının 20-25 yaşlarında qadın olduğu müəyyənləşib.

APA-nın “Moskva” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, ölən şəxslərin hamısı yanğın baş vermiş müəssisənin işçisi olub. Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi proseduru həyata keçirilir.

Bundan əvvəl Moskvanın Altufyev şossesində yerləşən mətbəə anbarında baş vermiş yanğın nəticəsində ölən şəxslərin Qırğızıstan vətəndaşı olduğu bildirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar