NİDA-çıların valideynləri aprelin 20-də aclığa başlayır - Fotolar

Həbsdə olan NİDA-çıların valideynləri bu gün mətbuat konfransı keçirib. Virtualaz.org saytının tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, mətbuat konfransında təqsirləndirilənlərin valideynləri, təşkilatın üzvləri iştirak edib.

Zaur Qurbanlının anası Səkinə Qurbanova çıxışında bildirdi ki, dünən məhkəmənin verdiyi qərar onlar üçün gözlənilməz olub: “Biz bu qərarı gözləmirdik. Prokuror oğluma 8 il 6 ay həbs cəzası verilməsini istəyib. Digər gənclərə istənilən cəzalar da ədalətsizdir. Prokuror 6 ay bundan əvvəl oxuduğu ittihamı oxudu. Deməli, bu qərarı 6 ay bundan əvvəl də vermək olardı”.

S.Qurbanova gənclərin tezliklə bəraət almasını istədiklərini dedi: “Günahsız gənclərə bu əziyyəti vermək olmaz. Biz artıq 1 il 2 aydır bu əzabı çəkirik. Bəsdir artıq. Hökumətdən tələb edirəm ki, bu gənclərə bəraət verilsin”.

Səkinə Qurbanova qərara etiraz edən NİDA-çıların aclıq aksiyasına başlayacaqlarını söylədi: “Onlar aclıq aksiyasına başladıqları halda biz azadlıqda rahat yaşaya bilmirik. Onlara dəstək olmaq üçün aprelin 20-dən - bazar günündən etibarən aclıq aksiyasına başlayacağıq. Hər kəsi də bu aksiyaya qoşulmağa çağırırıq”.

NİDA Vətəndaş Hərəkətı İdarə Heyətinin üzvü Ülvi Həsənli qərara etiraz edəcəklərini bildirdi: “Məhkəmənin qərarını gözləyirik. Hakimiyyət düşünməsin ki, NİDA yoxdur. Müxtəlif formalarda etirazımızı bildirəcəyik. Aksiyalar keçiriləcək. Biz artıq müzakirələr etmişik. Yaxın zamanlar da bu elan olunacaq”.

Mətbuat konfransında çıxış edən digər valideynlər də övladlarına bəraət verilməsini tələb etdilər.

Xatırladaq ki, dünən - aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunan NİDA hərəkatı fəallarına iş istənib. Dövlət ittihamçısı Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay, Bəxtiyar Quliyevə, Məmməd Əzizova və Rəşad Həsənova 8 il, Rəşadət Axundova, Zaur Qurbanlıya və İlkin Rüstəmzadəyə isə 8 il 6 ay iş istəyib.

Bundan sonra müttəhimlər prokurorun çıxışına etiraz əlaməti olaraq bu gündən aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. Məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar