İtaliyada növbəti zəlzələ baş verib

İtaliyanın mərkəzi bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Arkauta-del-Tronto şəhəri yaxınlığında, ocağı isə 9 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt Romada da hiss olunub.

Son məlumatlara görə, ümumilikdə İtaliyada təbii fəlakət nəticəsində 290 nəfər ölüb, 2 500 nəfər evsiz qalıb. Avqustun 24-dən ölkədə 1800 yeraltı təkan qeydə alınıb.

Zərərçəkmiş ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar