Nepalda yolsuzluq avtomobili dərəyə aşıb - 10 nəfər ölüb

Qəzaya maşının arxa təkərinin partlaması səbəb olub

Nepalda yolsuzluq avtomobilinin dərin dərəyə düşməsi nəticəsində ən azı 10 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, insident ölkənin qərbində yerləşən Arqxakxançi rayonu ərazisində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya maşının arxa təkərinin partlaması və ardınca əyləcin işləməməsi səbəb olub. Sonda sürücü idarəetməni itirib və nəticədə maşın 210 metr dərinliyində dərəyə düşüb.

Qəza zamanı avtomobildə 16 nəfər olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar