Putinin keçmiş arvadına müştəri çıxdı- “Qəpik milyonçusu”

Rusiyanın Novosibirsk şəhərindən olan pensiyaçı Yuri Babin ölkə prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinaya evlilik təklif etmək istəyir. Lent.az-ın məlumatına görə, bu barədə daha çox “Qəpik milyonçusu” kimi tanınan Y.Babin “RİA Novosti”yə açıqlama verib. Ötən gün V.Putin “Rusiyanın yeni birinci xanımı nə vaxt olacaq” sualını belə cavablandırıb: “Əvvəlcə keçmiş həyat yoldaşımı ərə verim, sonra bu barədə düşünərəm”.

Babin isə 2008-ci ildən subay olduğunu və L.Putina ilə evlənmək istədiyini söyləyib: “Mən hələ 2 ay öncə bu barədə düşünmüşəm. Amma dünən Vladimir Vladimiroviç bir daha mənə işarə etdi. Ümidvaram ki, arzum həyata keçəcək”.

V.Putinin yaşıdı olduğunu deyən Y.Babin niyyətindən keçmiş birinci xanımın mətbuat vasitəsilə xəbər tutacağına ümid edir. Qeyd edək ki, Yuri Babin “qəpik milyonçusu” ləqəbini 2012-ci ilin dekabrında 1 qəpiklik dəmir pul kolleksiyasını satışa çıxardıqdan sonra alıb. 7,5 ton ağırlığındakı 5 milyon qəpiyə o, 19,9 milyon rubl qiymət qoyub. Babin habelə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə öz kottecində 5 otaq təklif edib. 2013-cü ildə sibirli pensiyaçı öz soyadını dəyişdirərək, “Böyük Rusiya Prezidenti Babin” etmək istəyib. Lakin VVADQ və Novosibirsk məhkəməsi buna icazə verməyib. Y.Babin isə Ali Məhkəməyə şikayət edib. Vladimir Putinlə Lyudmila Putinanın 30 illik evlilikdən sonra boşanmalarına dair xəbər 2013-cü ilin iyununda açıqlanıb. Onların Mariya və Yekaterina adlı 2 qızı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar