Türkiyə ordusu daha 8 kəndi azad etdi- Hədəf Münbic şəhəridir

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu sərhəddəki Cerablus bölgəsində terror təşkilatı PKK-nın Suriya qolu RYD-nin nəzarətindəki daha 8 kəndi azad edib.Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Ordu komandirlərinin və yerli mənbələrin verdiyi məlumata görə, müxalif qüvvələr rayon mərkəzinin cənubunda və Fərat çayının qərbində qalan bölgədəki terror ünsürlərinə qarşı sürətlə irəliləyirlər.

Əməliyyatlarda Azad Suriya Ordusu qüvvələri 7 terrorçunu sağ ələ keçiriblər. Mövqelərini saxlaya bilməyən terrorçular arxada çoxlu sayda hərbi sursat buraxaraq qaçıblar.

Virtualaz.org xatırladır ki, Azad Suriya Ordusu bundan əvvəl Suriyanın Türkiyə sərhədindəki Cerablusun cənubunda yerləşən Bir Əl-Kusa kəndini terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin əlindən xilas etmişdi.

Azad Suriya Ordusunun növbəti hədəfi Münbic şəhəridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar