"Fərat Qalxanı" əməliyyatı PKK-nın tam ləğvinə qədər davam edəcək" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, " Fərat Qalxanı " əməliyyatı "Demokratik ittifaqı" (PYD) ləğv olunana qədər davam edəcək. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Ərdoğan bunu ölkənin cənub-şərqində Qaziantepdə təşkil edilən mitinqdə bildirib.

Türkiyə prezidenti qeyd edib ki, "İslam dövləti" terror təşkilatı ilə Carablusda, Başikdə mübarizə aparacaq, əgər lazım olarsa, başqa yerlərdə də.

Prezident bildirib ki, Azad Suriya Ordusunun döyüşçüləri Türkiyənin hərbi dəstəyi ilə Carablus şəhərini İŞİD-dən azad edəndən sonra sakinlər evlərinə dönməyə başlayıblar.

Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələb yaxınlığında yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.

Onu da xatırladaq ki, əməliyyata "Fərat qalxanı" adı verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar