İqtisad Universitetində “İnsan alverinə qarşı mübarizə” təlimi keçirilib

Bu gün Azərbaycan Dövlət Iqtisad Universitetində “İnsan alverinə qarşı mübarizə” təlimi keçirilib. Tədbirdə iştirak edəcək şəxslər “İnsan alveri nədir?", "Miqrasiya nədir?" , "İnsan Alverinin qarşısının alınması yolları" kimi mövzularda məlumat əldə ediblər. Təlimin məqsədi yeniyetmə və gəncləri “İnsan alveri” mövzusunda maarifləndirmək və məlumatlılığını artırmaq idi. Tədbirdə iştirak edən universitetin Ümumi işlər ürə prorektoru Əliyev Elçin, İnsan Alverinə qarşı mübarizə idarəsinin əməkdaşı polis polkovnik leyninati Fuad Əliyev, İnsan alverinə qarşı QHT Koalisiyasının sədri, «XXI Əsrin Qadınları» ictimai birliyinin sədri Mahirə Əmirhüseynova bildiriblər ki, , prezident İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin nəticəsində işsizliyin aradan qaldırılması, yeni açılan iş yerləri bu çirkli biznesin - insan alverinin azalmasına gətirib çıxarıb. Çıxış edən hər bildirib ki, insan alveri problemi ümumbəşəri problemdir. Gənclərə çatdirilib ki, bu bəla

Azərbaycandan da yan keçməyib. İnsan Alverinə qarşı mübarizə idarəsinin əməkdaşı polis polkovnik leyninati Fuad Əliyev bildiribki, bu alver dünyada silah və narkotik alverindən sonra üçüncü sırada dayanır, belə tədbirlərin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu yöndə daim maarifləndirmə işlərini apardıqlarını və insanları bu bəlaya düçar olmamaq üçün əllərindən gələni etdiklərini qeyd edib. O, insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Tədbirdə söz alan İnsan alverinə qarşı QHT Koalisiyasının sədr, «XXI Əsrin Qadınları» ictimai birliyinin sədri Mahirə Əmirhüseynova vurgulaib ki, bu alverin qurbanları təkcə qadınlar olmur. Qadınlarla yanaşı, kişilər və uşaqlar da insan alveri qurbanına çevrilə bilər. M.Əmirhüseynova həmçinin onu da bildirib ki, xarici ölkələrdən yüksək əməkhaqqı ilə iş təklifi aldıqda bunu müxtəlif yollarla araşdırmaq lazımdır. Çünki insan alverçiləri qurbanlarını bu yolla tora salmağa daha çox üstünlük verir.Daha sonra birliyin sədri insan alverinin qurbanına çevrilməyin digər metodu olan xaricdə təhsil almaq imkanı adı ilə məlumatsız şəxslərin bu bəlaya düçar olmasından da danışıb. Ona görə də belə bir təkliflər alındıqda insanların nə etmələri barədə ətraflı məlumat vermiş, onları maraqlandıran suallara aydınlıq gətirib.İnsan Alverinə qarşı mübarizə idarəsinin əməkdaşı polis polkovnik leyninati Fuad Əliyev gənclərə məlumat verib ki, fəaliyyət planının icrası zamanı bir sıra cinayət faktları aşkarlanıb. Bir il ərzində həyаtа kеçirilən əməliyyаt-ахtаrış tədbirləri nəticəsində 238 cinаyət fаktı qеydə аlınıb. Bu cinayətlərdən 80-i insаn аlvеri (17 cinayət işi üzrə), 4-ü məcburi əmək (4 cinayət işi üzrə), 4-ü pоrnоqrаfik mаtеriаllаrı və ya əşyaları qanunsuz yаymа kimi hallarla bağlı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar