Goranboyun icra başçısı işdən çıxarıldı

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifədən azad olunub. "Axar.az"ın məlumatına görə, Nizaməddin Quliyevin vəzifədən azad olunması barədə Sərəncam imzalanıb və yaxın dəqiqələrdə elan olunacaq.

Qeyd edək ki, xəbəri ilk olaraq yerli mənbələrə istinadla "Qaynar.info" saytı yayıb.

Xatırladaq ki, bu gün iş adamı Müqayis Verdiyevin Baş prokurora müraciəti yayılıb. Müraciətdə Goranboy rayon icra başçısını korrupsiyada ittiham edən iş adamı bu icra strukturunun Antikorrupsiya idarəsi tərəfindən yoxlanılmasını istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar