Azərbaycana "Borjomi" məhsullarının buraxılmamasının səbəbləri bəlli oldu

Meneral suların rəsmi distribyutoru olan "Aqua Line" artıq çökdürülüb

Artıq 7 aydır ki, Gürcüstandan Azərbaycana "Borjomi" meneral sularının idxalı dayandırılıb. "Borjomi" şirkətindən dəfələrlə Azərbaycana mineral su məhsulları ilə dolu olan maşınlar göndərilsə də, yük maşınları gömrük- keçid məntəqəsindən buraxılmır. Azərbaycan tərəfi bu məhsulların ölkəyə gətirilməsində heç bir problem olmadığını, sadəcə idxal olunan məhsulun gömrük tələblərinə cavab vermədiyini bildirir. Avropa.info saytının məlumatına görə, " Borjomi"nin ölkəyə idxal olunmasında əsas maneə, bu şirkətin Azərbaycandakı rəsmi distribyutoru "Aqua Line" şirkəti ilə məşhur "Gilan Holdinq" arasında yaşanan narazılıqdır. Belə ki, ötən ilin oktyabrından "Gilan Holdinq" "Aqua Line"-dən "Borjomi" sularının rəsmi distribyutorluğunu almaq istəyib. "Aqua Line"-nin bundan imtina etmək istəməməsi isə şirkətin "Borjomi" məhsullarını ölkəyə gətirməsində maneəyə səbəb olub. Məhz bundan sonra, "Borjomi" məhsullarının Azərbaycana gəlişi dayandırılıb.

Əldə etdiyimiz məlumata görə, "Gilan Holdinq" "Borjomi"nin məhsullarını özü idxal etmək istəsə də, artıq 7 aydır ki, problem yaşanır. "Borjomi" şirkəti Azərbaycandakı rəsmi distribyutoru olan "Aqua Line"-dən başqa heç bir şirkətə məhsullarını etibar etmir. Qeyd edək ki, "Borjomi" şirkəti bir neçə ay öncə Azərbaycan mətbuatına açıqlamasında Bakıdakı nümayəndəliyinə problemlər yaradıldığını etiraf etmişdi.

"Borjomi"nin rəsmi distribyutoru olan "Aqua Line"-nin artıq çökdürüldüyü haqda da məlumatlar əldə etmişik. Aldığımız məlumata görə, "Borjomi" mineral sularının Azərbaycana idxalının dayanmasından sonra şirkət müflis olub. Belə ki, "Aqua Line" 68 işçisini ixtisar etməyə məcbur olub.

Uzun illərdir ki"Aqua Line" şirkəti "Borjomi" mineral sularının rəsmi distribyutorudur. Şirkət bu mineral suları Gürcüstandan idxal edərək Azərbaycan alıcılarına təqdim edir. Lakin 6-7 ay əvvəl başlayan bir rəqabət bu məşhur suların idxalıda problemlər yaradıb. Avropa.info-ya daxil olan məlumata görə, keçən ilin oktyabr ayından "Gilan Holdinq" "Borjomi" mineral sularının distirbyutorluğunu "Aqua Line" şirkətindən almaq istəyir. "Aqua Line" və "Gilan" arasındakı rəqabət getdikcə gərginləşir. Məlumdur ki, "Borjomi" Gürcüstandan idxal edilir. Gürcülər isə "Aqua Line" şirkəti ilə iş birliklərini davam etdirmək istəyirlər. İki firma arasındakı mübarizə "Borjomi" sularının ayağını Azərbaycandan kəsib. Alıcıların isə bu mineral suya tələbatı yüksəkdir. Məlumatda qeyd edilir ki, "Borjomi"nin Azərbaycana gəlməməsi "Aqua Line" şirkətindən 68 işçinin xaric edilməsinə səbəb olub. Bundan başqa şirkət Xocalı prospekti, 55 ünvanında yerləşən “AGA Centre” biznes-mərkəzində icarələdiyi ofisini bir müddət öncə boşaldaraq oranı tərk edib. Şirkətə məxsus telefonlara da heç kim cavab vermir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar