Çavuşoğlu holland nazirin ağzından vurdu – VİDEO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə hollandiyalı həmkarı Bert Koendersin iştirakı ilə keçirilən mətbuat konfransında gərgin anlar yaşanıb.

 Axar.az xəbər verir ki, Hollandiyada yaşayan türklərin vəziyyətindən danışan Koenders hadisələrin ölkəsinə daşınmasının əleyhinə çıxıb:

 “Hollandiyada yaşayan türklər Türkiyədə baş verənləri həssaslıqla izləyir. Lakin bu cür hissiyatların Hollandiya toplumuna tamamilə daşınmamasının vacibliyini qeyd etməliyəm”.

 Nazirin bu açıqlaması Çavuşoğlunun sərt cavabına səbəb olub. Türkiyəli nazir rəsmi Amsterdamı ikili siyasətdə ittiham edib:  “Hollandiya və ya başqa bir ölkə Türkiyəyə demokratiya dərsi verməyə çalışır. Bu, Türkiyənin daxili işlərinə qarışmaq deyilmi? Ancaq Avropadakı türklərlə bağlı bir fikir bildirəndə bu, daxili işlərə qarışmaq olur. Belə axmaq anlayış olmaz. Bu, ikili standartdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar