İSLAM KƏRİMOVUN YERİNİ KİM TUTACAQ? - 2 klan arasında mübarizə başlayıb

Özbəkistan prezidenti İslam Kərimovun səhhəti dünya mediasının diqqət mərkəzindədir.  ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” yazır ki, Kərimovu əvəzləməyə ən real namizəd baş nazir Şövkət Mirzəyevdir, çünki o, ölkənin iki güclü klanından birini –Səmərqənd klanını təmsil edir. Özbəklər də ona etibar edirlər. Amma Daşkənd klanının da dinc durmayacağı görünür. Onların rəhbəri, təhlükəsizlik xidmətinin şefi Rüstəm Inoyatov ölkədə prezidentdən sonra ikinci şəxs sayılır.

ASAN OLMAYACAQ

«Inoyatov Mirzəyevin yüksəlişinə qarşı çıxıb. Ola bilsin, ikisi başqa bir namizəd, məsələn, baş nazirin müavini Rüstəm Əzimovla bağlı razılığa gəlsinlər. Ya da mümkündür ki, hakimiyyəti bölüşdürməyə razılaşsınlar, Mirzəyev prezident postunu tutsun, Inoyatov pərdəarxasıhakimiyyətə yiyələnsin», - təhlildə vurğulanır.

Mərkəz qeyd edir ki, Kərimovun taleyi regionda geniş dəyişikliklərə təkan verə bilər. O, həm Əfqanıstanla sərhəddəki sabitsizliyi, həm də qonşu Qırğızıstanla gərginliyi yatırtmağa çalışırdı. Yoxluğu isə bu problemləri alovlandıra bilər.

«Üstəlik, Özbəkistanın daim sürdürdüyü neytrallıq siyasəti də dəyişə bilər. Karimov ölkəsinin Rusiya, Çin və Birləşmiş Ştatlarla münasibətlərini uğurla balanslaşdırırdı. Kreml bu ölkəni müxtəlif alyanslarda iştiraka çağırsa da, buna duruş gətirirdi. Mirzəyevin Moskvayla daha dərin əlaqələri olduğu bildirilir. Amma o da hakimiyyətə gələrsə, ölkənin neytrallığını tələb edən qüvvələrlə mübarizə aparmalıolacaq».

REJİM DƏYİŞMƏYƏCƏK

“Foreign Policy”dərgisi də Kərimovun varisinin kim olacağı sualına cavab tapmağa çalışır. Jurnal qeyd edir ki, Kərimovun xəstəxanaya yerləşdirilməsi və ölkədə siyasi keçid ehtimalının güclənməsi Özbəkistanda, eləcə də Orta Asiyada böyük iqtisadi və təhlükəsizlik problemlərinin yaşandığı bir dönəmə düşür.

“Prosesin nə qədər hamar gedəcəyindən asılı olmayaraq, Kərimovun vəzifədən kənarlaşmasından itirənlər olacaq», - Milli Müdafiə Universitetində professor köməkçisi Erica Marat “Foreign Policy” dərgisinə bildirib.”Ölkədə varisliklə bağlı heç bir hazırlıq görülməyib, açıq seçki təcrübəsi də yoxdur. Bu səbəbdən, hakimiyyətə kim gəlsə, eyni siyasi repressiyanı, sərt metodları davam etdirəcək”.

Yazıda qeyd olunur ki, vaxtilə prezidentin qızı Gülnaraya varis kimi baxırdılar. Amma onun adı İsveçdə və İsveçrədə korrupsiya qalmaqalındaçəkiləndən sonra gözdən düşdü və hazırda Daşkənddə ev dustağıdır.

“Gülnaradan canlarını qurtarıb yeni plan cızmağa başladılar. Kərimovun xəstəliyinin elanı, əslində, varislik məsələsində qərarın verildiyini göstərir», - bunu Qlazqo Universitetində Orta Asiya üzrə ekspert Luca Anceschi deyir. «Onlar davamlılığı planlaşdırırlar. Rəhbərlik dəyişəcək, rejim yox».

PLÜRALİZM OLMAYAN YERDƏ

Müəllif qeyd edir ki, Özbəkistanda, onsuz da, durum həssasdır. İki böyük maliyyə tərəfdaşı olan Rusiya və Çindəki iqtisadi təlatümlər buölkəyə təsirsiz ötüşməyib. Üstəlik, ölkədə radikal islamçılıq problemi var. Siyasi müxalifət sıxışdırılıb, ekstremist qruplar narazılıqdan ötrünəfəsliyə çevrilib. Özbəkistan İslam Hərəkatı hökuməti devirib Orta Asiyada xilafət qurmaq istəyirdi. Bu hərəkat Orta Asiyadan sıxışdırılıbçıxarıldı və fəaliyyətini Əfqanıstana və Pakistana yönəltdi. Amma 2014-cü ildə “İslam Dövləti” (İŞİD) qruplaşmasının yüksəlişindən sonra onlar da fəallaşdılar.

“Özəlliklə də dini azadlıqların daha çox repressiya olunması xeyli adamı ekstremist qruplara cəlb edəcək. Siyasi plüralizm olmayan yerdə dini ekstremizm hakim rejimə qarşı çıxanları birləşdirən hazır qüvvə rolunu oynayır”, - bunu Marat deyir.

Müəllif yazır ki, cümə axşamı Özbəkistan dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Kərimovun taleyi, indilik, bəlli deyil. Ola bilsin, ölkə tarixində ilk dəfə olaraq bu tədbir prezidentsiz keçsin.

______________________

 

Özbəkistan prezidenti İslam Kərimovun öldüyü haqda xəbəri birinci yayan “Ferqana” agentliyinin baş redaktoru Daniil Kislov israr edir ki, Daşkənddən verilən təkziblərə baxmayaraq xəbər dəqiqdir. Virtualaz.org xəbər verir ki, Kislov İslam Kərimovun ölümü haqda rəsmən xəbər yaymaq mürəkkəb işdir, çünki Özbəkistanda qapalı informasiya mühiti hökm sürür.

“Kərimov avqustun 29-da, Moskva vaxtı ilə saat 15.35-də ölüb. Bu haqda azsaylı KİV-lər bilir. Bizim agentlik 15 ildir Özbəkistanda işləyir və belə məlumatı əldə etmək olduqca mürəkkəbdir”-baş redaktor deyib.

Daniil Kislov bildirir ki, prezidentin ölümü haqda ola bilsin sabah rəsmən elan edəcəklər.

Qeyd edək ki, sentyabrın 1-də Özbəkistanın Müstəqillik Günüdür və prezidentin vəfatı haqda xəbərlərin yayılmasına baxmayaraq hazırda Daşkənddə sakitlikdir, küçələr bayraqlarla bəzədilib. İslam Kərimovun yerləşdirildiyi xəstəxananın və prezident iqamətgahının ətrafına isə kilometrlərlə radiusda ordu və polis qüvvələri düzülüb.

Ekspertlərin fikrincə Özbəkistan prezidenti postunu tutacaq əsas namizəd baş nazir Şövkət Mirzəyevdir. Digər potensial namizəd isə maliyyə naziri Rüstəm Əzimovdur. Bu arada Rüstəm Əzimovun ev dustağı edildiyi haqda xəbərlər yayılıb və dərhal təkzib olunub. Özbəkistan Maliyyə Nazirliyindən bildiriblər ki, nazir hazırda yerindədir, həbs olunmayıb.

Hazırda Rusiya da daxil olmaqla bütün regional oyunçular Kərimovun mümkün vəfatından sonra Özbəkistanda vəziyyətin necə dəyişəcəyini təxmin etməyə çalışırlar. Rusiyalı hərbi ekspert Pavel Felqenhauer hesab edir ki, Kərimovun ölümündən sonra Özbəkistanın ikinci Suriyaya çevrilməsi təhlükəsi var. Ekspert Özbəkistanın müsəlman əhalisinin uzun illərdir Kərimovun zülmü altında inlədiyini, indi onun ölümünün ekstremizm əhvalını gücləndirəcəyini və müxalif Özbəkistan İslam Hərəkatının fəallaşacağını deyir.

Özbəkistan İslam Hərəkatının düşərgələri Əfqanıstandadır, onlar “İŞİD”in “xəlifəsi” Bağdadiyə biət ediblər. Ekspertə görə əgər Kərimovun ölümü ilə bağlı Özbəkistanda vəziyyət qarışsa islamçılar Əfqanıstandan bu ölkəyə müdaxilə edəcəklər. Özbəkistan ordusu isə bunun qarşısını ala bilməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar