Qubada yol qəzası zamanı avtomobil piyadanı vuraraq öldürüb

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Naziriliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Quba şəhər sakinləri Elgün Əzizovun idarə etdiyi "Mercedes" və Mayıl Yusifovun idarə etdiyi "Hundai" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "Hundai" markalı avtomobil yoldan çıxaraq piyada Nəzərşah Əmirbəyovu vurub.

Yaralı Qubara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, həkimlərin müdaxiləsinə baxmayaraq orada ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar