Texnologiya nəhəngi "Apple"ə tarixi cəza verildi - 13 milyard dollar

Dünyanın ən dəyərli şirkətlərindən ABŞ-ın texnologiya nəhəngi "Apple"ın, İrlandiya hökumətinə ödəyəcəyi vergi cəzası müəyyən olub.

"AzPolitika.info" xəbər verir ki, Avropa Birliyi Komissiyasında 3 ildir davam edən vergi istintaqında son qərar bu gün verilib. 13 milyard dollarlıq cəza, bu günə qədər dünyada görülən ən böyük miqdardır.

"Apple"in İrlandiya hökuməti ilə xüsusi razılaşmalar əldə edərək buradakı şirkətləri vasitəsilə görülən işlərin çox aşağısında vergi ödədiyi iddia edilir. "Apple" və İrlandiya hökuməti ittihamları rədd edərkən Avropa Birliyinin bu istiqamətdəki qərarına etiraz etmələri gözlənilir.

"Apple" rəsmisi Tim Cook, 5 min 500 adamı məşğulluq etdikləri İrlandiyada bütün vergilərini ödədiklərini iddia edir. Avropa Birliyi Komissiyası daha əvvəl də Amerika qəhvə zənciri "Starbucks" və avtomobil istehsalçısı şirkəti "Fiat Chrysler"i də Avropadakı vergi siyasəti səbəbindən cəzalandırmışdı.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar