Rusiya daxili işlər nazirinin Quba səfərinin gizlinləri

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin Qubaya qeyri-rəsmi səfər etməsi haqda məlumat vermişdik. Bu məlumat yayılandan sonra Azərbaycan Daxili İşlər Nazirliyi Quba şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə ixtisaslaşdırılmış işçi qrupunun növbəti iclası keçirilməsi haqda məlumat yayıb.

Qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, V.Kolokoltsevin səfəri Qusar ərazisində bir qədər əvvəl baş verən atışma ilə əlaqəlidir.

Doqru.tv isə V.Kolokoltsevin Qubanın Xınalıq kəndinə və yəhudilərin yaşadağı Qırmızı qəsəbəyə baş çəkməsi haqda məlumat yayıb. Həmin məlumata görə, V.Kolokoltsev Qırmızı qəsəbədə Qubadan olan və Türkiyədə yaşayan yəhudi iş adamı birgə olub. Doğru.tv bildirir ki, V.Kolokoltsevin Qubaya səfəri rəsmi olmadığından əlaqəli məlumatlar da gizli saxlanır. Nazirin Qubaya gəlişi ilə əlaqədar Azərbaycanın da bir neçə vəzifəli şəxsi “Rixos Quba Azerbaijan” otelinədə olub. Bundan əlavə, bildirilir ki, keçmiş müdafiə naziri Səfər Əbiyev də onunla görüşüb. V.Kolokoltsevin bütün görüşlərinin detalları gizli saxlanılır. Dünən (aprelin 17-də) V.Kolokoltsev Qubanı tərk edib.

Nazirin qeyri-rəsmi səfərinin məqsədi haqda yayılan məlumatlarda bildirilir ki, onun səfəri Rusiyanın baş naziri Dmitri Medvedev və Dağıstan prezidenti Ramazan Abdulatipov Qubaya gəlişi ilə bağlıdır. Qeyd edək ki, ötən il Medvedev Qubada olub. Həmin vaxt gizli saxlanılan səfər zamanı Medvedev Qırmızı qəsəbədən olan və Rusiyada yaşayan yəhudi iş adamıının atasının dəfn mərasimində iştirak edib. Həmin iş adamı Qod Nisanov Medvedev ilə yaxın dostdur. D.Medvedevin yaxın günlərdə reallaşacaq Qubaya səfərini də Qod Nisanov təşkil edir. D.Medvedevə Qubanın Qımılqazma kəndində 5 hektar sahəsi olan villa da bağışlanacaq. Villanın tikintisinin bütün maliyyə xərclərini Qod Nisanov çəkib. D.Medvedevlə Dağıstan prezidenti Ramazan Abdulatipov “Rixos Quba Azerbaijan” otelində bir sıra görüşlər keçirəcəkləri haqda məlumat da var. Bidirilir ki, Qubadakı görüşdə Türkiyədən İrandan olan qonaqlar da iştirak edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar