Daşkənddə Bayram təbirləri təxirə salındı - İslam Kərimova görə

Özbəkistan hökuməti dövlət müstəqilliyi ilə bağlı sentyabrın 1-nə planlaşdırılan təntənəli mərasimləri təxirə salıb.

APA-nın məlumatına görə, bu barədə BBC-nin Özbəkistan bürosu etibarlı mənbəyə istinadən xəbər yayıb. Qərarın səbəbi bəlli deyil. Bunun ölkə prezidenti İslam Kərimovun sağlıq durumu ilə bağlı ola biləcəyi güman edilir.

Xatırladaq ki, ötən gün “ferqana.ru” saytı 78 yaşlı İslam Kərimovun öldüyü barədə məlumat yayıb. Özbəkistan hakimiyyəti bu xəbəri rəsmən şərh etməyib. Prezidentin qızı Lola Kərimova isə atasının beyninə qan sızdığını açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar