Dövlət qurumunun Əli İnsanova qarşı apellyasiya şikayəti təmin edilib

Bakı Apellyasiya Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinin hazırda həbsə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv olunub. Məhkəmə qərarında iddianın təmin edilməsinin qeyri-mümkün olduğu qeyd edilib.

Qeyd edək ki, Ə. İnsanov həbs edilən zaman evindən götürülən sənədlərə dair çıxarışların dublikatının verilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib.

Həmin qərardan narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar