Ərəblərin öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO

Sürücünün idarəetməni itirməsi nəticəsində 90 VX 672 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus dərəyə aşıb. Kanal S (Region TV) xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələdən Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar