Sələfilərə qarşı əməliyyat: 100 nəfər həbs edildi

Çeçenistanda 100 sələfi həbs edilib. “Axar.az” xəbər verir ki, bu informasiyanı çeçen mücahidlərinə yaxın saytlar yayıblar. Məlumatda sələfilərə qarşı əməliyyatların əsasən Coxara, Qudermes, Urus-Martana, Noyber vilayətlərində aparıldığı bildirilir. Həbs edilən şəxslərin müxtəlif işgəncələrə məruz qaldığı, barmaq izlərinin götürüldüyü qeyd olunur.

Hələlik sələfilərin taleyi haqqında heç bir məlumat yoxdur. Qeyd edək ki, bir müddət öncə Rusiya mətbuatında Putinin Çeçenistanda sələfilərə qarşı əməliyyat keçirəcəyi ilə bağlı məlumat yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar