“Türklər bizim harada olduğumuzu çox gözəl bilirlər”

pentaqon-mainPentaqon: Kürd silahlıları ilə bağlı fikir ayrılığına rəğmən, Türkiyə Suriyada ABŞ-a dəstəyini zəiflətmir

Ankara və Vaşinqton arasında kürd silahlıları ilə bağlı fikir ayrılıqlarının olmasına baxmayaraq, Türkiyə Suriyada ABŞ-a dəstəyinin miqyasını azaltmayıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel deyib.

Onun sözlərinə görə, Türkiyə ABŞ-ın Suriyadakı hərbi əməliyyatını qətiyyətlə dəstəkləyir. Amerikalı komandan qeyd edib ki, söhbət, ilk növbədə, koalisiyanın uçan aparatlarının Türkiyə ərazisindəki hava bazasında yerləşdirilməsini dəstəkləməkdən gedir.

“Mən dəstəkdə hər-hansı zəifləmə görmürəm”, deyə Votel Türkiyənin Suriyadakı əməliyyatları fonunda ABŞ-ın Ankara və kürd silahlı dəstələrlə təmaslarına dair suala cavabında deyib.

Votel qeyd edib ki, ABŞ Suriyada bundan sonra da həm Türkiyənin, həm də kürdlərin dəstəyinə ümid edəcək: “Hər iki tərəf ABŞ Silahlı Qüvvələrinə “kritik əhəmiyyətli” dəstək verir”.

General qeyd edib ki, ABŞ suriyalı müxalifət dəstələrinə təlim keçən amerikalı xüsusi təyinatlı qüvvələrinə Türkiyə ordusu tərəfindən zərbələrin endirilməsi təhlükəsindən heç bir narahatlıq hissi keçirmir.

Onun sözlərinə görə, Türkiyə Suriyanın hansı ərazilərində ABŞ təyinatlılarının olması barədə ətraflı məlumatlandırılıb.

“Türklər bizim harada olduğumuzu çox gözəl bilirlər”, - deyə komandan qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar