İnhisarçılar ilkin bazarda yüksək qiyməti saxlayır

Martda Bakıda və regionlarda ilkin mənzil bazarında fevralla müqayisədə 2% bahalanma olub. Aprelin 1-i üçün paytaxt ətrafındakı 1-2 otaqlı təmirsiz evlərə (1 m2 - 650 manat) tələbat olub. 1 otaqlıların çoxu 60-85 m2, 2 otaqlılar 85-105 m2-dir.

Mərkəzdəki elit evlər (1 m2 - 3-40 min) varlılar üçündür və öncədən satılır. Bu evləri satanlar (məsələn, Pasha Construction LLC) hakim ailəyə yaxındır. Ona görə ən baha evlər onlara məxsusdur.

İlin əvvəli ilə müqayisədə qiymətlər 10%, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% bahalanıb.

Rieltor və maklerlər bildirir ki, alıcıların aktivliyi də artıb. Bu, ipoteka kreditlərinin artımı ilə bağlıdır.

1,5 mindən çox büdcəsi olan orta ailə (4-5 nəfər) 3 otaqlı mənzillərə üstünlük verir. Orta təmirli bu cür evlərin 1 m2-i 850 manatdır. Bu kateqoriya ailələr FHN-in qəbul etdiyi, qəbul aktı, texniki pasportu olan və s. binalardan mənzil almağa üstünlük verir.

Ən cəlbedici rayonlar martda Xətai, Nəsimi və sabunçu olub. Əvvəllər Yasamal lider idi. Martda təklif edilən bina sayı 395 olub, tikinti şirkətlərinin sayı 122-dən 115-ə düşüb.

Roeltorlardan biri Turan-a bildirib ki, ilkin bazarda qiymət artımı oyunçuların azalması ilə yanaşı inhisarçıların təzyiqi ilə bağlıdır. İpoteka hesabına əhalinin alıcılıq qabiliyyəti də artıb.

İlkin bazarda aktivliyə mənfi təsir edən amillər isə bunlardır: sənədlərin, qazın olmaması, ev sahəsinin böyük olması, inhisarçılıq. İlkin mənzil ipoteka kreditinə uyğun gəlmir, deyə mütəxəssis bildirir. Onun fikrincə, inhisarçılar yüksək qiyməti saxlamaq üçün premium evlər tikir. Yeni binalarda 1 otaqlı mənzillər azdır.

Təkrar bazarla müqayisədə daha az populyar olan bu bazarda yüksək qiymət qalmaqda davam edəcək. Hökumət monitorinq keçirib, nəticələr çıxarmalıdır, - deyə o bildirir. Yoxsa kasıblar ömrünün sonuna qədər başqasının evində yaşayacaq, ya da qanunsuz evlər tikəcək. -

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar