ZİYA MƏMMƏDOVUN OĞLU MEDİA HOLDİNQ QURDU – Rəsmi AÇIQLAMA

“Bir həftə ərzində media holdinqimiz fəaliyyətə başlayacaq”.Bu sözləri “Axar.az”a Anar Məmmədovun yeni layihəsi olan “Qarant media holdinq”in hüquqşünası Ruslan Məmmədov yeni holdinq barədə danışarkən dedi.

Onun sözlərinə görə, holdinqə neçə media orqanının daxil olduğu fəaliyyətə başlayandan sonra tam məlum olacaq: “Fəaliyyətə başlayandan sonra bura hansı media qurumlarının daxil olduğunu görəcəksiniz. Redaksiya heyətinin də kimlərdən ibarət olduğu barədə hələlik bir söz demək istəmirəm. Bir həftə səbir etsəniz, bütün suallarınıza cavab tapacaqsız”.

R.Məmmədov holdinqə “Gün.az” və Yurd TV-nin daxil olub-olmayacağından isə məlumatsız olduğunu bildirdi:

“Bu barədə konkret heç bir məlumatım yoxdur”.

R.Məmmədov qeyd etdi ki, holdinqin əsas fəaliyyət istiqaməti “Naşonal Qeoqrafik”i (“National Geographic”) Azərbaycana gətirməkdir: “Fəaliyyətimiz bunun üzərində qurulub. Bütün gücümüzü də buna sərf edirik. Bununla yanaşı, media fəaliyyətimizi də genişləndirməyi düşünürük. Bu, paralel bir işdir. Ancaq təbii ki, qarşımıza qoyduğumuz əsas məqsəd “naşonal Qeoqrafik”dir”.

Qeyd edək ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni media holdinq quruduğu xəbərini “Musavat.com” yaymışdı. Portalın məlumatına görə, holdinqə “News.az”, “Mugamradio.az”, “Marka.az”, “İnterpress.az”, “Auto FM”, həmçinin reklam saytları – “Turbo.Az”, “Boss.az” və “Bina.az” saytları daxildir. Həmçinin “Gun.az”, eləcə də Yurd TV-nin də holdunqin tərkibində olduğu deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar