Ərdoğan müğənniyə qahmar çıxdı

Keçmiş həyat yoldaşının təhdid etdiyi Pətək Dinçözün baş nazir Rəcəb Tayyib Ərdoğana müraciətindən sonra hökumət başçısının müşavirlərini hərəkətə keçib. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş həyat yoldaşı Can Tanrıyarla yaşadıqlarını danışaraq göz yaşı tökən Dinçöz Ərdoğandan kömək istəmişdi. Ərdoğanın müşaviri dünən Dinçözə zəng edərək şikayətlərinə qulaq asıb və nə lazımdırsa, ediləcəyini bildirib.

Müşavir telefon danışığında Dinçözün tələblərinə qulaq asıb.

Dinçöz telefonda deyib: "Can Tanrıyar məni həmişə döyürdü. Həmişə boşanmaq istəyirdim. Döyüldüyümü hami bilirdi. Həm məni, həm də işçilərimi təhdid edirdi".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar