"DOLLAR QITLIĞI DAVAM EDƏRSƏ..." - Beynəlxalq agentlikdən bədbin proqnoz

"Moody's": Manata təzyiqlər yenidən artıb

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda ABŞ dolları qıtlığının yarandığını bildirib.

"Moody's"in məlumatında bildirilir ki, dollar qıtlığının artması milli valyuta - manata təzyiqləri yenidən artırıb. Agentlik, belə bir iqtisadi konyunkturanın davam etməsi halında Azərbaycanın suveren reytinqinə mənfi təsirlərin əmələ gələ biləcəyini vurğulayıb.

Qeyd edək ki, sonuncu dəfə "Moody's" Azərbaycanın suveren reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən "Ba1"-ə endirib, proqnozu isə "neqativ" olaraq müəyyənləşdirib.

Xatırladaq ki, "Ba1" reytinq səviyyəsi spekulyativ və əhəmiyyətli dərəcədə riskə məruz öhdəliklər kimi açıqlanır. Bu səviyyədən sonra isə "Moody's"in reytinq sıralamasında "B" səviyyəsi gəlir - bu kateqoriya da spekulyativ, lakin daha yüksək səviyyəli riskə məruz qalan öhdəlikləri nəzərdə tutur.  /"Report"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar