Orta məktəblərdə din ayrıca fənn kimi tədris olunacaq (VİDEO)

Ceyhun Bayramov bildirib ki, Təhsil İnkişafı üzrə Dövlət Strategiyasında təhsilin inkişafı üzrə hədəflər müəyyənləşdirilir

Yaxın vaxtlarda orta məktəblərdə din ayrıca fənn kimi tədris oluna bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Təhsil Nazirinin müavini Ceyhun Bayramov deyib. O bildirib ki, Təhsil İnkişafı üzrə Dövlət Strategiyasında təhsilin inkişafı üzrə hədəflər müəyyənləşdirilir:

"Hal-hazırda bu strategiyanın tətbiqi üzrə sənədlər hazırlanır. Bu sənədlərdən biri hazırda hökumətə müzakirəyə verilib. Fəliyyət planı təsdiq olunundan sonra siz dediyiniz məsələlər və təhsilin inkişafı üzrə digər dəyişikliklər də orada öz əksini tapacaq", - deyə Ceyhun Bayramov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar