RƏSUL QULİYEVDƏN İLHAM ƏLİYEV VƏ RUSİYA HAQDA MARAQLI ETİRAF – “Yıxa bilmədi…”

Eks-spiker də Milli Şuranın Rusiya proyekti olduğunu təsdiqləyən fikirlər söyləyir…

“2013-cü ildə Rusiyanın istifadə edə biləcəyi azərbaycanlılar 1993-cü ildə onları (Cəbhə hakimiyyətini-red) qaçıb pərən-pərən olmağa məcbur edən Sürət Hüseynovdan yüz dəfə varlı və bir o qədər də ağıllı idi. Ancaq hökuməti yıxa bilmədi. Çünki 1993-cü ildə Xalq Cəbhəsi hökumətinə xalqın inamı, hörməti və ehtiyat etməsi bu gündən fərqli olaraq sıfırdan aşağı idi.”

Bunları parlamentin sabiq sədri Rəsul Quliyev Müsavat Partiyasının icra katibliyinin rəhbəri Arif Hacılının onu vaxtilə həm Elçibəyə, həm də Heydər Əliyevə xəyanətdə ittiham etməsinə münasibət bildirərkən deyib. Rəsul Quliyevlə Arif Hacılının qarşılıqlı ittihamları, kimin haqlı və ya haqsız olması ilə işimiz yoxdur. Bizim diqqətimizi çəkən Rəsul Quliyevin təqdim etdiyimiz bu fikirlərilə 2013-cü ildə Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhd etdiyi, lakin bunu bacarmadığı haqda iddiasıdır. Bunula R.Quliyev faktiki olaraq özünün də üzvü olduğu Milli Şuranın Rusiyanın layihəsi olduğu haqda iddiaları təsdiqləmiş olur. Hərçənd ki, Milli Şura layihəsinin ortaya çıxmasında Rusiyanın Abbas Abbasovun vasitəsilə müəyyən rolu olduğu haqda iddialar Rəsul Quliyevin bu etirafı olmadan da təsdiqini tapıb. Bununla belə, R.Quliyevin də bunu etiraf etməsi maraqlıdır.

Rusiya həqiqətənmi 2013-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyinə çalışdı, amma buna gücü çatmadı? R.Quliyev yuxarıdakı fikirlərilə bu suala təsdiq cavabını vermiş olub. Lakin həqiqət heç də belə deyildi. Bəlkə də Rusya istəsəydi də Azərbaycanda hakimiyyət dəyişikliyinə nail ola bilməzdi. 1993-cü illə müqayisədə indi Azərbaycanda həqiqətən də güclü, iradəli bir hökumət var. Ancaq biz hamımız onun şahidi olduq ki, Rusiya Milli Şura, Rüstəm İbrahimbəyov, Abbas Abbasov faktorlarından sadəcə təzyiq vasitəsi kimi istifadə etdi, Putin Bakıya gəldi və İlham Əliyevlə hansısa məsələlər barədə razılıq əldə etdi. Bununla da məsələ qapandı. Məsələnin maraqlı tərəfi isə odur ki, indi bu məsələlərə yenidən qayıdan, Rusiyanın varlı və ağıllı adamlardan istifadə etdiyi halda Azərbaycanda hakimiyyəti yıxa bilmədiyini iddia edən Rəsul Quliyevin özü həmin vaxt Rusiya ilə hakimiyyət məsələsində anlaşmaq üçün bütün imkanlarını səfərbər etmişdi.

Əvvəla, eks-spiker Moskvadakı “varlı və ağıllı” adamlarla – Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Füzuli Məmmədovla mütəmadi ünsiyyətdə idi, onlara məsləhətlər verir, onlardan məsləhətlər alırdı.

İkincisi, Bakıdakı inanılmış adamlarından birinin vasitəsilə Putinin dostu İlham Rəhimovla məsləhətləşmələr aparır, onun üzərindən birbaşa Rusiya prezidenti ilə anlaşmağa cəhd edirdi.

Üçüncüsü, bunlarla kifayətlənməyib Rusiyanın XİN başçısına məktub yazıb, regionda bu ölkənin maraqlarını qorumağa hazır olduğunu bildirir, Moskvada qəbul olunmasını, dinlənilməsini xahiş edirdi və sairə.

Bütün bunlardan sonra hörmətli Rəsul Quliyevin “1993-cü ildə səlahiyyətim olsaydı qiyamın qarşısını alardım və Elçibəy müddətinin sonuna kimi prezidentlik edərdi” deyə, bəyan etməsi maraqlıdır.

Rasim ƏLİYEV

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar