Həsən Sarıyevi toplantı zalından qovublar

Bir neçə gün öncə Ağdamda çox maraqlı hadisə yaşanıb. Yeni icra başçısı Raqib Mirzəyev ağdamlılara təqdim olunarkən qarşıdurma yaranıb.Həmin tədbir iştirakçılarının birinin Modern.az saytına verdiyi məlumata görə, buna səbəb rayonun sabiq icra başçısı Həsən Sarıyev olub.

Təqdimat mərasimi zamanı zala daxil olan Həsən Sarıyev yıxılıb. Musavat.com-un məlumatına görə, bu zaman onun qolundan tutub qaldırıblar və o ön sırada oturaraq dinməz-söyləməz şəkildə iclasda iştirak edib.

Ancaq Bakıdan gələn nümayəndələr onu tanıyıblar və elə hesab ediblər ki, sabiq başçının toplantıda iştirak etməsi təxribat xarakterlidir və onun qarşıdurma yaratmaq məqsədi var. Onlar Sarıyevdən zalı tərk etməyi tələb ediblər. Sabiq başçı əvvəlcə müqavimət göstərmək istəsə də, tələbə əməl etməyəcəyi təqdirdə polis tərəfindən həbs ediləcəyi barədə xəbərdarlıq alan kimi durub zalı tərk edib.

Qeyd edək ki, uzun illər Ağdama Həsən Sarıyev rəhbərlik edib.Ondan sonra isə bu vəzifəyə Nizami Sadıqov təyin edilmişdi.

Prezidentin növbəti sərəncamı ilə bir neçə gün öncə Nizami Sadıqov da tutduğu vəzifədən kənarlaşdırılb və Raqib Mirzəyev rayonun yeni başçısı təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar