O DƏFƏ PUTİN, BU DƏFƏ OBAMA... - Gözlər Ərdoğanda- FOTOLAR

Ötən gün Çinin Xançjou şəhərində başlayan G20 sammiti maraqlı foto ilə yadda qalıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sammitdə dünyada iqtisadiyyatı ən çox inkişaf etmiş 20 ölkəylə bərabər bir sıra dövlət və hökumət başçıları da iştirak edib. Sammitin açılış mərasimindən öncə liderlər ailə fotosu çəkdiriblər.

Bu foto Türkiyə KİV-lərində maraqla qarşılanıb və ötən ilin ailə fotosu ilə müqayisə olunub. Belə ki, ailə fotosu çəkilərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bir müddət söhbət ediblər. Çəkilən ailə fotosunda 2 liderin söhbət etdiyi və ABŞ prezidenti Barak Obamanın onları diqqətlə nəzərdən keçirməsi əks olunub.

Qeyd edək ki, ötən ilki ailə fotosunda ABŞ və Türkiyə prezidentlərinin söhbət etməsi, Rusiya liderinin isə onları nəzərdən keçirməsi əks olunmuşdu. Türkiyə KİV-ləri 2 fotonu qarşılaşdıraraq “G20 yenə fotolarla danışılır”, “Bəzən sadəcə baxarsan” kimi başlıqlarla paylaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar