Futbolçularına ən çox pul xərcləyən klublar - SİYAHI

Futbolçularına ən çox pul xərcləyən klubların adı açıqlanıb. Siyahıya sahibi ərəb şeyxləri olan ingilis klubu - “Mançester Siti” rəhbərlik edir. İspaniya kralının sevimlisi “Real” isə “Barselona”nı qabaqlayaraq ikinci pilləni tutur.

Siyahını təqdim edirik:

1. “Mançester Siti” (İngiltərə) bu mövsüm futbolçuların gündəlik xərcləri üçün (bu rəqəmə məvacib daxil deyil) orta hesabla 5,8 milyon avro ödəməklə ən çox pul xərcləyən klublar siyahısına liderlik edir. İngiltərə klubu komanda üzvlərinə həftədə orta hesabla 112 min avro xərcləyir.

2. "Real" (Madrid, İspaniya) bu mövsüm futbolçulara 5,5 milyon avroya qədər pul xərcləyib. Həftəlik xərclədiyi məbləğ isə 105 min avrodur.

3. "Barselona" (İspaniya) oyunçularına illik təxminən 5,4 milyon avro xərcləyib. Həftəlik 103 min avrodur.

4. "Bavariya" (Münhen, Almaniya) oyunçularına təxminən 4,8 milyon avro pul xərcləyib. Həftəlik xərc isə təxminən 92 min avrodur.

5. "Mançester Yunayted" (İngiltərə) bu mövsüm oyunçularına təxminən 4,7 milyon avro xərcləyib. Həftəlik məbləğ isə 91 min avrodur.

6. "Çelsi" (İngiltərə) bu mövsüm təxminən 4,4 milyon avroluq xərc çəkib. Həftəlik xərc isə təxmini olaraq 84 min avro təşkil edir.

7. "Arsenal" (İngiltərə) bu mövsüm 4,3 milyon avro xərcə düşüb. Futbolçulara həftəlik çəkilən xərc isə 82 min avrodur (publika.az).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar