Siyavuş Novruzov “kotlet” məsələsində özünü prezidentlərlə müqayisə etdi

YAP-çı deputat Siyavuş Novruzovun parlamentin 18 aprel iclasında “Molotov kokteyli” ifadəsi əvəzinə “Molotov kotleti” ifadəsini işlətməsi mətbuatda geniş müzakirələrə səbəb olub.

O, Modern.az saytına açıqlamasında məsələyə münasibət bildirib: “Danışarkən ifadələrdə yanlışlığa yol verən yalnız mən deyiləm. Fikir versəniz görərsiniz ki, indiyə qədər ayrı-ayrı dövlətlərin prezidentləri, baş nazirlər və parlament başçılarının çıxışlarında belə hallar baş verib”.

S.Novruzov adi bir ifadənin səhv işlədilməsinin belə geniş müzakirə olunmasını və ona verilən reaksiyaları doğru saymır: “Düzünü desəm, bu, mənə çox təəccüblü gəldi. Burada şişirdiləsi, qabardılası nə var idi ki... Enerjilərini bu məsələyə sərf edənlər olmazmı ki, güclərini Xocalı soyqırımının və Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasına yönəltsinlər. Görün, enerjilərini nəyə sərf edirlər, gündəmi nəylə zəbt edirlər? Onu da qeyd etmək istəyirəm ki, bu məsələni ən çox ANS telekanalı qabartdı. Dəfələrlə ANS rəhbərliyi və aparıcıları efirdə olarkən bundan da böyük səhvlərə yol veriblər. Burada bir qəbahət varmı? Onlara bir söz deyən olubmu?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar