“Məmur övladları ilə bağlı cəza tədbirləri kampaniya xarakteri daşıyır”

Mehman Əliyev: “Əgər qanunlar işləsəydi ayrıca tədbirlərə ehtiyac olmazdı”

“Məmur övladlarının cəzalandırılması ilə bağlı son günlər həyata keçirilən cəza tədbirləri kampaniya xarakteri daşıyır və heç bri ciddi nəticə vəd etmir”.

Bu sözləri Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agtentliyinin rəhbəri Mehman Əliyev bildirib. Onun fikrincə, baş verənlər sadəcə gözdən pərdə asmaq və fon yaratmaq üçündür:

“Təbii ki, baş verənlər harınlamış məmurlar və məmur övladlarına qarşı səmimi mübarizə istəyindən irəli gəlmir. Bunlar daha çox ictimai rəyə hesablanan addımlardır. Məsələ bundadır ki, Azərbaycanda qanunlar işləmir. Əgər qanunlar işləsəydi, o zaman məmur övladlarına qarşı ayrca tədbirlər planı hazırlamaq, məxsusi kampaniya aparmaq lazım olmazdı. Baş verənlər bir daha sübut edir ki, ölkədə qanunlar işləmir və buna görə də hər kəs barəsində ayrıca tədbir görmək lazım gəlir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar