“Azərbaycan da Putindən ehtiyat edir”- Boris Nemtsov

“Vladimir Putin Rusiyanı faktiki olaraq sonuncu müttəfiqlərindən də məhrum etdi. İndi hətta Belarus, Qazaxıstan və Azərbaycan da Putin Rusiyasına həddən artıq ehtiyatla və inamsızlıqla baxırlar”.

Virtualaz.org saytı bildirir ki, Rusiyanın müxalifətçi “Solidarnost” (“Həmrəylik”) hərəkatının lideri Boris Nemtsov bunu “Amerikanın səsi”nin rus xidmətinə eksklüziv açıqlamasında deyib.

“Aydın məsələdir ki, Rusiyanın ətrafında indi yalnız düşmənlərdir. Hər tərəfimiz düşmənlərdir. Hətta o dinc, sülhsevər çinlilər də hazırda Uzaq Şərqə ərazi iddiaları irəli sürürlər. Putinin yürütdüyü siyasət prinsip etibarilə Rusiyanın parçalanmasına aparır” - deyə müxalifət lideri bildirib.

B.Nemtsov hesab edir ki, Putinin Qafqazın korrupsiyalaşmış klanları ilə gizli sövdələşməsinə əsaslanan sistem də bir gün qəfildən çökəcək: “Çünki bu sövdələşmə “mən sizə qan qoxulu pullar verirəm, siz isə mənə loyal olursunuz” formulu əsasında qurulub. Rusiya Putinin indi Ukraynada separatçıları dəstəkləməsinin də çox ağır zərbələrini alacaq. Çünki Rusiyanın özünün də xeyli separatçısı var - Qafqazda da, Tatarıstanda da, hətta Sibirdə də...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar