Azərbaycanda növbəti sınaq imtahanları keçirilir

Bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirir.

APA-nın xəbərinə görə, sınaq imtahanları respublikanın 24 şəhər və rayonunda keçirilir.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağıstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49066 qeydiyyatdan keçib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur.

Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar