İnfarkt keçirən Mirzə Sakit artıq xəstəxanadan evə buraxılıb

Onun gələn həftə başqa bir xəstəxanaya yatırılacağı da bildirilir

Aprelin 18-də axşam saatlarında ürək tutması səbəbi ilə xəstəxanaya yerləşdirilən tanınmış satirik şairimiz Mirzə Sakitin səhhəti müsbətə doğru dəyişir. Belçikanın Gent şəhərində mühacirətdə yaşayan Mirzə Sakit özünün xahişi ilə evə buraxılıb.

Bu barədə musavat.com-a şairin oğlu Cahandar Zahidli məlumat verib. Onun sözlərinə görə, hazırda atası özünü normal hiss edir: “Həkimlər onun xəstəxanadan buraxılmasına razı deyildilər. Atamın özü israr etdi. Gələn həftə başqa bir xəstəxanaya yerləşdiriləcək. Hazırda ev həkimi tərəfindən müalicə olunur”.

Cahandir Zahidli onu da qeyd etdi ki, atası infarkt keçirib. O, şairin başına gələn hadisədən də danışdı: “Atam parka gəzməyə çıxmışdı. Atamın arxası ilə mən də çıxdım. Gözümün qarşısında qəflətən ürəyini tutaraq, yerə yıxıldı. Təcili yoldan keçən bir maşını saxlatdırıb, onu xəstəxanaya apardım. Bir gündən sonra məlum oldu ki, atam infarkt keçirib. Bunu həkimlərin öz dilindən eşitdik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar