ABŞ konqresmenləri Milli Şura rəhbərliyi ilə görüşdü

Görüşdə ölkə və regionda baş verən mühüm hadisələr müzakirə edilib

Aprelin 20-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Cəmil Həsənli və Əli Kərimli qurumun adından ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri, konqresmen Ed Roys və onu müşayiət edən konqresmenlərlə görüşüblər. Bu barədə AXCP mətbuat xidməti partiya sədri Əli Kərimliyə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığın formaları və inkişaf perspektivləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, Ukraynada baş verən hadisələr və onun Azərbaycana təsiri, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə olan təhdidlər, habelə siyasi məhbuslar və siyasi pülüralizm məsələləri müzakirə edilib.

Görüş qarşlıqlı faydalı qiymətləndirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar